logo

“Azəriqaz” və “Azərişıq” rəhbərləri Gəncədə fəsadların aradan qaldırılması üçün tapşırıqlar veriblər

Views: 57

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhərində olublar

“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, onlar Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində gecə vaxtı raket zərbələri endirdiyi yaşayış məhəllələrinə baş çəkiblər.

Hər iki qurumun rəhbəri şəhərin elektrik enerjisi və qaz təsərrüfatına dəymiş ziyanla maraqlanıb. Yaranan fəsadların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Həmçinin bildirilib ki, haqqında danışılan ərazinin 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur. Sıradan çıxan qaz şəbəkəsinin yenilənməsindən ötrü qaz boruları, eləcə də digər avadanlıqlarla təminat diqqətdə saxlanılır.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yerli sakinlərlə söhbətlərində düşmənin Gəncə şəhərinin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, insanlar yatarkən raket zərbələri endirməsini bir daha pisləyiblər.

report

0

Your Cart