logo

Azərbaycanda gündəlik hasilat sentyabrda 15,6 min barel azalıb

Views: 130

Avqust ayında ölkədə gündəlik neft və kondensat hasilatı 669,1 min barel təşkil etmişdi.

2020-ci ilin sentyabr ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 653,5 min barrel olub.

Caspian Barrel Azərbaycan energetika nazirliyinə istinadən bildirir ki, bunun 585 min barrelini xam neft (avqustda 584,6 min barrel) , 68,5 min barrelini isə (84,5 min barrel ) kondensat təşkil edib.

Xam neftin 460 min barreli “Azəri-Çıraq-Günəşli”, 125 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.

“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barrel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC plus” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Sentyabr ayının yekunlarına görə, Azərbaycanda gündəlik kondensat hasilatı avqustla müqayisədə 16 min barel azalıb, neft hasilatı isə 0,4 min barel artıb

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır. 

Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.

0

Your Cart