logo

SOCAR yanvar-avqust aylarında avtomobil benzini və dizel istehsalını artırıb

Views: 63

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,2% – 2 milyard 124,2 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə 824,9 min ton avtomobil benzini (artım 0,8%), 1 milyon 493,2 min ton dizel yanacağı (artım 3%), 18,1 min ton sürtkü yağı (artım 36,1%), 378,7 min ton neft bitumu (artım 2,3 dəfə) istehsal edilib.

Yanvar-avqust aylarında birbaşa qovulan benzin istehsalında 12,3% – 161,9 min tonadək, təyyarə yanacağı istehsalında 16,9% – 337,4 min tonadək, soba mazutu istehsalında 45,1% – 42,2 min tonadək, neft koksu istehsalında 13,8% – 145,2 min tonadək azalma qeydə alınıb.

2020-ci il sentyabrın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 104 min ton avtomobil benzini, 57,5 min ton təyyarə yanacağı, 142,5 min ton dizel yanacağı, 11,8 min ton soba mazutu, 12,6 min ton sürtkü yağı, 10,9 min ton neft bitumu, 75,2 min ton neft koksu ehtiyatı olub.

Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu – Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.

interfax

0

Your Cart