logo

SOCAR-ın mədən ərazilərində 152 minədək ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir

Views: 70

SOCAR-ın mədən ərazilərində 151 min 823 ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.

“Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirilib ki, müəssisənin yaşıllaşdırma sahələrində payız mövsümünə hazırlıq işləri yüksək səviyyədə yerinə yetirilir. SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də, “Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrinin (NQÇİ) reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir. Hazırda payız mövsümü ilə əlaqədar olaraq QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində, “Azneft” İB-nin, “BibiHeybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Bununla yanaşı, QSC-nin xidmət sahələrinin, o cümlədən xidmət göstərilən SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzinin və TRD-nin A4 sahəsində yerləşən inzibati binalarının ərazilərində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə müxtəlif növ ağacların, bəzək və gül kollarının əkilməsi və onlara qulluq işləri yerinə yetirilir.

Torpaqların Rekultivasiyası Departamentinin 1-ci sahəsinin işçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər, yaşıllıq sahələrinin damcı və mexaniki üsulla suvarılması bitkilərin normal inkişafını təmin edir. Hazırda “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin (Pirallahı) ərazisində 53 min 300 ədəd və H.Z.Tağıyev adına NQÇİ-nin Qala ərazisində 12 min 165 ədəd müxtəlif növ həmişəyaşıl ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir.

Bütün bunlarla yanaşı, digər sahələrdə olduğu kimi, “Azneft” İB-nin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisində də payız mövsümü ilə əlaqədar zəruri işlər yerinə yetirilir. NQÇİ-nin mədən ərazilərində olan 74 min 483 ədəd, SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif növ ağac və bəzək kollarına, istixanada yetişdirilən çoxsaylı ağac tinglərinə QSC-nin TRD-nin yaşıllaşdırma üzrə 2-ci sahəsinin işçiləri tərəfindən yüksək səviyyədə qulluq olunur.

Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində payız mövsümü ilə əlaqədar yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.

azertag

0

Your Cart