logo

Rövnəq Abdullayev “Kazmunaygaz” rəhbərini qəbul edib

Views: 84

Sentyabrın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Caspian Barrel SOCAR mətbuat xidmətinə istinadən xəbər verir ki, Görüşdə neft-qaz sənayesinin bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuş, birgə iş planı barədə fikir mübadiləsi aparılmışdır.

Görüşdə şirkətlər arasında geniş əməkdaşlıq perspektivləri, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan bəhs edilmişdir.

“KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusu üzərində modernləşdirilmə işləri SOCAR-ın CDC şirkəti tərəfindən həyata keçirilir. “Sətti” üzən qazma qurğusu vasitəsi ilə Xəzərin Azərbaycan sektorunda qazma işləri aparılacaq. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.

0

Your Cart