logo

“Azəriqaz”: Bu il 290 km qaz xətti əsaslı təmir edilib

Views: 81

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2020-ci ildə qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işlərini uğurla davam etdirir.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri aparılır.

Bu ilin yanvar-iyul aylarında 328,9 km qaz kəmərləri əsaslı təmir edilib. Bakı Regional Qaz İstismar Departamenti, regional qaz istismar idarələri və Sumqayıt qaz istismar Sahəsi tərəfindən isə daxili imkanlar hesabına 2020-ci ilin yanvar-avqust ayları ərzində 290,89 km uzunluğunda (o cümlədən 262,52 km metal boru, 28,37 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib, 366 ədəd qaz tənzimləyici və 318 ədəd bağlayıcı armaturlar (siyirtmə və rəzələr) quraşdırılıb. O cümlədən, dayaqlar üzərinə qaldırılması nəzərdə tutulan 258 361 metr borudan 96 302 metri (37,2%) dayaqlar üzərinə qaldırılıb, rənglənməsi nəzərdə tutulan 337 228 metr borunun 103 315 metrlik hissəsi (30,6%) rənglənib.

Regionlar üzrə 17 yeni salınmış yaşayış massivinə, 4 yaşayış məntəqəsinə (o cümlədən avqust  ayında 1 yaşayış massivi, 4 yaşayış məntəqəsi) təbii qazın verilməsi təmin edilib. Son illər Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub. Belə ki, hal-hazırda ümumi əhali abonent sayı 2 milyon 300 minə yaxınlaşmaqdadır.

report



0

Your Cart