logo

Azərbaycan yanvar-avqust aylarında $1,7 milyard dəyərində qaz ixrac edib

Views: 65

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan 8 milyard 994 milyon 930,81 min kubmetr bəyan edilmiş qaz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

“Cari ilin yanvar-avqust aylarında respublikadan $1 milyard 702 milyon 883,25 min dəyərində bəyan olunmuş qaz ixrac edilib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 17,24%-i qaz ixracının payına düşüb”, – deyə məlumatda bildirilir.

2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin müvafiq dövründə qaz ixracı miqdar ifadəsində 21,3%, dəyər ifadəsində 19,8% artıb.

interfax

0

Your Cart