logo

AÇG-dən çıxarılan qazın 126 mlrd kub metrə yaxını neft quyularına vurulub

Views: 328

2020-ci ilin 8 ayı ərzində Azərbaycanda 25,1 milyard kubmetr qaz hasil edilib. 

Caspian Barrel-ə Azərbaycan Energetika nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 8,7 faiz və ya 2 milyard kubmetr çox qaz hasil edilib. 

Qaz hasilatının 7,9 milyard kubmetri (31,5%) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft blokundan, 12,3 milyard kubmetri (49%) isə “Şahdəniz” qaz kondensat yatağından əldə edilib. SOCAR və digər hasilatçı şirkətlər bu dövrdə 4,9 milyard kubmetr qaz (19,5) hasil ediblər.

AÇG-də hasilat başlayandan indiyə qədər 172,8 milyard kubmetr, “Şahdəniz”dən isə hasilatın əvvəlindən 129,1 milyard kubmetr qaz hasil edilib. 

Caspian Barrel xatırladır ki, AÇG-dən hasil edilən səmt qazının 47 milyard kubmetri əmtəəlik qaza çevrilərək SOCAR-a müqavilə şərtlərinə uyğun çatdırılma nöqtəsində təhvil verilib. Yerdə qalan qaz həcmləri isə neftin çıxarılması üçün laylara vurulub.

“Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 85,7 milyard kubmetr qaz ixraca nəql edilib.

0

Your Cart