logo

Qazaxıstanda 7 ayda neft hasilatı 1.4% azalıb

Views: 367

Qazaxıstanda 2020-ci ilin yanvar-iyul aylarında neft hasilatı 51,5 milyon ton təşkil etmişdir. Bu barədə çərşənbə axşamı hökumətin iclasında respublikanın energetika naziri Nurlan Nogayev açıqlama verib.
“Bu ilin yeddi ayının nəticələrinə görə, neft və kondensat hasilatı 51,5 milyon ton təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4% azdır”, – deyə Noqayev bildirib.

Nurlan Nogayev
Qazaxıstan Respublikasının energetika naziri

Onun sözlərinə görə, yanvar-iyul aylarında neft ixracı 42 milyon ton təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur.
2020-ci ilin aprel ayında Qazaxıstan OPEC + ölkələri arasındakı razılaşmaya əsasən gündəlik neft hasilatını azaltmaq haqda öhdəliyə qoşuldu. Razılaşmaya görə, Qazaxıstanın iyul ayındakı öhdəlikləri gündə 1,319 milyon barel təşkil etməli idi.  Energetika Nazirliyinin məlumatına görə, iyul ayında ortalama gündəlik hasilat gündəlik 1313 milyon barel və ya öhdəliklərin 101 faizini təşkil edib.

OPEC + qərarına əsasən, Qazaxıstanda 2020-ci il üçün neft hasilatı proqnozu 85,2 milyon tondur. 2019-cu ildə ölkədə neft hasilatının həcmi 90,5 milyon ton təşkil etmişdir.

0

Your Cart