logo

Qazaxıstan OPEC+ çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün neft hasilatını sentyabrda da azaldacaq

Views: 422

Qazaxıstan OPEC + sazişinə əsasən neft hasilatı ilə bağlı öhdəliklərini yerinə yetirəcəyini və may ayında yaranan artıq istehsal həcmlərini avqust və sentyabr aylarında əvəzləşdirəcəyini vəd edir.
Belə bir bəyanatla Qazaxıstan Energetika nazirliyi çıxış edib.

“Bu ilin avqust-sentyabr aylarında istehsalın əvvəlki aylardakı öhdəlikləri yerinə yetirməsi və artıq istehsal həcmlərini əvəvzləmək üçün yetərli səviyyədə imkanlara malikik”, – deyə Energetika Nazirliyindən Kapital.kz saytına bildiriblər. 

Avqust ayında respublikada neft hasilatının səviyyəsinin gündəlik olaraq 1,397 milyon barel təşkil edilməsi planlaşdırılır.

Nazirliyin açıqlamasından bəlli olur ki, avqust ayı üçün neft hasilatı və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dəqiq məlumatlar sentyabr ayının əvvəlində məlum olacaq.  

Əvvəllər Energetika Nazirliyinin rəhbəri Nurlan Nogayevin bildirdiyinə görə, Qazaxıstan mayın 1-dən 12 gün ərzində OPEC + sazişinə əməl etməyə nail olmamışdı. Nəticədə hasilat mayda ümumilikdə 3,13 milyon barel öhdəlik həcmlərindən çox olmuşdu. Bu həcmin əvəzlənməsi avqust-sentyabr aylarına planlaşdırılır.

2020-ci il üçün Qazaxıstanda neft hasilatı 86 milyon ton səviyyəsində proqnozlaşdırılıb. 2019-cu ildə ölkədə 90,5 milyon ton neft və kondensat hasil edilmişdi. 

0

Your Cart