logo

Neft Fondunun gəlirləri 2020-ci il üçün 41% azaldılır

Views: 272

Azərbaycan hökuməti 2020-ci il üçün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini 40,7% – 7 milyard 342 milyon 587,5 min manata qədər azaltmağı planlaşdırır.

“Bu, koronavirus pandemiyasının təsiri və neftin qiymətinin aşağı olması ilə bağlıdır”, – deyə 2020-ci il dövlət büdcəsində dəyişikliklərlə bağlı parlamentə təqdim edilmiş materiallarda bildirilir.

Xüsusilə hökumət ARDNF-in büdcəsində neftin bir barelinin baza qiymətini $55-dan $35-dək azaltmağı planlaşdırır. Nəticədə bu, fondun gəlirlərinin 5 milyard 41,5 milyon manat azalmasına səbəb olacaq.

Yenilənmiş proqnozlara əsasən, 2020-ci ildə Azərbaycanın mənfəət nefti və qazının satışından ARDNF-ə daxilolmalar 6 milyard 546 milyon 977,4 min manat (azalma 38%) təşkil edəcək.

Neft-qaz şirkətləri tərəfindən ödəniləcək bonuslar 767 milyon 777,4 min manat (artım 0,3%), tranzit gəlirləri 21,08 milyon manat (artım 8,8%), akrhesabı ödənişlər 6 milyon 752,4 min manat (artım 43,9%) məbləğində proqnozlaşdırılır.

Fondun xərclərinin 850 milyon manat və ya 7,4% – 12,2 milyard manatadək artırılması planlaşdırılır, əlavə xərclərin bütün həcmi transfert şəklində dövlət büdcəsinə köçürüləcək.

Ümumilikdə, ARDNF-in xərcləri 12,41 milyard manat (ilkin proqnoza nisbətən 7,1% artım) təşkil edəcək, bunun 12,2 milyard manatını dövlət büdcəsinə transfertlər, 200 milyon manatını qaçqın və məcburi köçkünlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinə yönəldiləcək xərclər, 10 milyon manatını isə Azərbaycanda ali təhsil sisteminin rəqabət qabiliyyətinin artırılmasına dair Dövlət Proqramının icrası xərcləri təşkil edəcək.

Beləliklə, ARDNF-in büdcə kəsiri 5 milyard 67 milyon 412,5 min manat səviyyəsində proqnozlaşdırılır.

Daha əvvəl Dövlət Neft Fondunun 2020-ci il üçün gəlirləri 12 milyard 384 milyon 88,2 min manat, xərcləri 11 milyard 589 milyon 910,3 min manat səviyyəsində təsdiq edilmişdi. ARDNF-in 2020-ci il üçün gəlirləri neftin bir barelinin orta qiyməti $55 olmaqla hesablanmışdı.

interfax

0

Your Cart