logo

Şahbazov: OPEC+ neft bazarına yeganə təsir mexanizmidir

Views: 222

Azərbaycanın energetika naziri Pərviz Şahbazov digər neft istehsalçılarının cəlb edilməsi vasitəsilə OPEC+ formatının genişlənsdirilməsini vacib hesab edir.

“Neft bazarında sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bununla əlaqədar digər neft istehsalçılarının cəlb edilməsi vasitəsilə OPEC+ formatının genişlənsdirilməsini vacib hesab edirəm”, – Şahbazov cümə axşamı “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfrans zamanı deyib.

Həmçinin, nazir qeyd edib ki, OPEC+ ölkələri tərəfindən öhdəliklərinin yerinə yetirilməsi üzrə iyul daxil olmaqla, üç aylıq nəticələr, “gələcək addımlar üçün təməl olacaq”.

“Bu gün qeyd olunan mexanizm neft bazarının dəstəklənməsinin yeganə mexanizmidir və istehlakçı və istehsalçıların maraqlarına cavab verir. Düşünürəm ki, formalaşan qeyri-adi vəziyyətdə istehsalçı-ölkələrin əsas vəzifəsi qəbul edilən öhdəliklərin dayanıqlı və səmərəli mexanizmi kimi OPEC+ ölkələrinin davamlı missiyasının təmin edilməsindən ibarətdir”, – nazir əlavə edib.

“Əlbəttə, bütün bu qərarlar, Azərbaycan daxil olmqala, istehsalçı-ölkələr üçün vacibdir. Biz həmçinin, nəinki qərarların qəbulu, həm də öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırıq. Bu gün öhdəliklərin yerinə yetirilməsi kifayət dərəcədə yüksək səviyyədədir”, – o qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan OPEC+ çərçivəsində öhdəliklərinə sadiqdir və neft bazarında sabitliyin təminatında fəal rolunu davam etdirəcək. 

interfax

0

Your Cart