logo

Energetika naziri: CQD layihəsinin tam istismara verilməsi 2020-ci ilin sonunadək baş tutacaq

Views: 201

Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonunadək istismara verilməsi planlaşdırılır. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

“CQD-nin son seqmenti – TAP, pandemiya ilə bağlı çətinliklərə baxmayaraq, tamamlanmaq üzrədir. CQD-nin cari ilin sonunadək tam istismara verilməsi planlaşdırılır – qlobal energetika ümün ən çətin ildə”, – Şahbazov cümə axşamı “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, CQD ilk növbədə ölkənin qaz sektorunun inkişafın şərait yaradan layihədir.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 milyard təşkil edir.

Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ilin IV rübündə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə nəql 2018-ci ilin yayında başlayıb.

interfax

0

Your Cart