logo

CQD 2019-cu ildə Türkiyəyə qaz nəqlindən gəlirlərini 3 dəfə artırıb

Views: 193

“Cənub Qaz Dəhlizi” (CQD) QSC 2019-cu ilin yekunları üzrə qaz satışından gəlirlərini 2018-ci illə müqayisədə 31,7% – $134,802 milyonadək artırıb.

Bu barədə cəmiyyətin 2019-cu il üzrə auditi aparılmış maliyyə hesabatında deyilir.

Ötən il CQD “Şahdəniz” yatağından hasil edilən kondensat satışından $101,193 milyon (artım 27,2%), qaz nəqlindən $216,615 milyon (artım 3 dəfə) gəlir əldə edib.

Hesabata əsasən, kondensat və qaz satışından gəlirlər cəmiyyətin Azərbaycandakı fəaliyyətindən, qaz nəqlindən gəlirlər isə Türkiyədəki fəaliyyətindən əldə edilib.

2019-cu ildə CQD-nin ümumi gəlirləri $452,61 milyon (artım 78,5%) təşkil edib.

“Cənub Qaz Dəhlizi” QSC CQD layihəsinin komponentlərinin səmərəli idarə olunması məqsədilə yaradılıb. Cəmiyyətin kapitalında SOCAR-ın payı 49%, dövlətin payı 51% təşkil edir.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

Layihənin ümumi dəyəri $38 milyard təşkil edir.

10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ilin IV rübündə ixrac edilməsi gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb.

interfax

0

Your Cart