Azərbaycan 2020-ci ilin yanvar-iyun aylarında 920 milyon 166,9 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“I yarımillikdə Azərbaycandan $41 milyon 632,3 min dəyərində 920 milyon 166,9 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu dövrdə ixracın ümumi həcmində 0,54%, qeyri-neft ixracı strukturunda 4,57% elektrik enerjisinin payına düşüb”, – deyə məlumatda bildirilir.
2020-ci ilin I yarısında respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 24,1%, dəyər ifadəsində 19,8% azalıb.
2019-cu ildə Azərbaycandan $76 milyon 828,19 min dəyərində 1 milyard 770 milyon 642,37 min kVt/saat elektrik enerjisi ixrac olunub. 2018-ci illə müqayisədə elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 26,7%, dəyər ifadəsində 17,1% artıb.
Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir.