logo

Azərbaycan 2007-ci ildən Gürcüstanın əsas qaz təminatçısıdır

Views: 321

Gürcüstanın 2019-cu ildə təbii qaza olan tələbatı 15 faiz artaraq 2,5 milyard kubmetr olub. Bu həcmin 99,8 faizi xaricdən idxal edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının 2019-cu il üzrə hesabatında deyilib. Bildirilir ki, Gürcüstan keçən il istehlak etdiyi təbii qazın 93 faizini Azərbaycandan alıb.

Azərbaycan bununla da 2007-ci ildən Gürcüstanın əsas təbii qaz təchizatçısı rolunu qoruyaraq saxlayıb.

azertag

0

Your Cart