logo

Azərbaycan Ai-95 markalı benzini əsasən Rusiyadan idxal edir

Views: 142

Azərbaycan 2020-ci ilin yanvar-may aylarında $20 milyon 28,35 min dəyərində 33 min 233,11 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Eyni zamanda, $19 milyon 293,68 min dəyərində 32 min 268,14 ton benzin Rusiyadan, $734,66 min dəyərində 964,97 min ton benzin – İrandan idxal edilib”, – hökumətdən qeyd olunur.

Beləliklə, idxalın 97,1%-i RF-nin payına düşüb.

Bundan başqa, 2020-ci ilin yanvar-may aylarında Azərbaycana $987,17 min dəyərində 1 min 194,54 ton «Super Euro-98» markalı avtomobil benzini idxal olunub.

Həmçinin, $404,64 min dəyərində 487,35 ton «Super Euro-98» markalı avtomobil benzini Belarusdan, $217,05 min dəyərində 268,3 ton – Yunanıstandan, $201,45 min dəyərində 229,06 ton – Rusiyadan, $164,04 min dəyərində 209,83 ton – Rumıniyadan idxal olunub.

Xəbər verildiyi kimi, Azərbaycan 2019-cu ildə $40 milyon 660,42 min dəyərində 53 min 796,52 ton «Premium Euro-95» və $1 milyon 645,47 min dəyərində 1 min 806,8 ton «Super Euro-98» markalı benzin idxal edib.

«Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.

Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,1 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,4 manat təşkil edir.

interfax

0

Your Cart