logo

Azərbaycan 2009-2019-cu illərdə Türkiyəyə qaz ixracını iki dəfə artırıb

Views: 262

2019-cu ildə Türkiyəyə qaz ixracının ümumi həcminin 21,2%-i (9 milyard 585 milyon kubmetr) Azərbaycan qazının payına düşüb. 2018-ci ilin dekabr ayı ilə müqayisədə tədarükün həcmi 16,6% artıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun 2019-cu ilə dair hesabatında deyilir.

2019-cu ildə Türkiyəyə qaz idxalının ümumi həcmi 45 milyon 211 təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 10,08% azdır. Ötən il 9 milyard 585 milyon kubmetr (artım 27,3%) Azərbaycan qazı ixrac olunub.

2019-cu ildə Türkiyəyə qaz ixracının ümumi həcmində Azərbaycan qazının payı 21,2% təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən (14,97%) 6,23 faiz bəndi və 2009-cu ilin göstəricisindən (13,83%) 7,37 faiz bəndi çoxdur.

2019-cu ildə Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə ikinci yerdə qərarlaşıb. Birinci yerdə Rusiya (33,6%), üçüncü yerdə İran (17,11%) gəlir.

Hesabata əsasən, ötən il Azərbaycan Türkiyəyə qaz ixracını 2009-cu illə müqayisədə 1,93 dəfə artırıb.

2009-2019-cu illərdə Azərbaycan Türkiyəyə 63 milyard 265 milyon kubmetr qaz ixrac edib.

Azərbaycan Türkiyəyə yalnız “Şahdəniz” yatağından hasil edilən qaz ixrac edir. İxrac 2007-ci ilin iyul ayından həyata keçirilir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), “LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.

interfax

0

Your Cart