logo

Şirkət sualtı avadanlıqlar üzrə koordinator axtarır

Views: 550

VƏZİFƏNİN ADI: Sualtı avadanlıqlar üzrə koordinator

TABEÇİLİK: Sahə xidmətinin rəhbəri (FSM)

1. CAVABDEHLİK:

  • Dəniz əməliyyatlarından əvvəl və sonra COMPANY alətlərinin və avadanlıqlarının (məs: quyunun əsaslı təmiri və tamamlama sistemi, kollektor və boru kəməri sistemi) sualtı idarəetmə modulu, göstərilmiş portfelinin üzrə icra ediləcək qabaqlayıcı texniki xidmətin əhatə dairəsini müəyyənləşdirmək;
  • Əməliyyatdan əvvəl və sonra və ya anbarda olarkən yuxarıda göstərilmiş alətlərin və avadanlıqların göstərilmiş portfeli üzrə icra ediləcək işlərin əhatə dairəsini müəyyənləşdirmək;
  • Dəniz əməliyyatları ilə bağlı aylıq proqnozun hazırlanmasında iştirak etmək;
  • Minimal nəzarət altında işləmək; İş rəhbərindən və/ya müvafiq hallarda həmkarlarından göstəriş almaq üçün şəxsi mühakiməsindən istifadə etmək;
  • Mövcud korporativ, yerli və mühəndislik prosedurlarını və təlimatlarını tətbiq etmək; Müvafiq hallarda, modifikasiyaları tövsiyə və tətbiq etmək; 12 aylıq sürüşən (dəyişkən) proqnoza töhfə vermək və bundan sonra regional həmkarlar ilə tələb edildiyi kimi resurslar ilə əmək müqavilələrinin imzalanmasını və ya onların yerləşdirilməsini planlaşdırmaq üçün bu proqnozdan istifadə etmək;
  • Ümumi hədəflərə nail olmaq üçün rəyləri, ideyaları və resursları digərləri ilə paylaşmaq; birgə iş və əməkdaşlığı təşviq etmək, inam yaratmaq; İri maneələr fonunda öhdəçiliyi təşviq etmək;

Ümumilikdə, sahə xidmətinin rəhbərinə köməklik göstərmək.

2. SƏLAHİYYƏT

  • Əlavə edilmiş sənədlər ilə və maliyyə icazəsində verilən məhdudiyyətlər çərçivəsində biznesi idarəetmə sistemində təsvir edilən layihə ilə əlaqəli məsələlərdə və tapşırıqlarda COMPANY CS üçün və onun adından fəaliyyət göstərmək səlahiyyətinə malik olmaq;

Tələb edildikdə, sahə xidmətinin rəhbəri adından çıxış etmək.

3. ƏSAS TAPŞIRIQLAR:

  • Əməkdaşlar arasında iştirakı aktivləşdirməklə, təşkilatçılıq vasitəsilə idarəetmə sistemlərini, prosesləri və prinsipləri idarə etməklə və monitorinqə riayət etməklə, Keyfiyyət və SƏTƏM təkmilləşdirmə prosesinin idarə edilməsi vasitəsilə rəhbərliyi nümayiş etdirmək; 
  • COMPANY prosedurlarına, təlimatlarına və texniki xidmət planına uyğun olaraq, dəniz və quru əməliyyatlarından əvvəl və sonra qabaqlayıcı texniki xidmət fəaliyyətlərini müəyyənləşdirmək;
  • Qazma qurğusunda bütün fəaliyyətlər üzrə gündəlik yazışmalar – müştərinin əməliyyatlarına dair iclasda iştirak etmək, gündəlik hesabatı paylamaq;
  • Dəniz fəaliyyətlərinə əsasən TSP-lər üzrə gündəlik, həftəlik və aylıq qrafikləri planlaşdırmaq;
  • Əməliyyat ehtiyaclarına cavab vermək üçün personalın yerli, regional və beynəlxalq hərəkətlərini planlaşdırmaq və əlaqələndirmək;           
  • Qazma qurğusunun tələb etdiyi materialları səfərbər etmək üçün dəniz sifariş-bildirişləri (OCN) hazırlamaq/tərtib etmək;
  • Prioritetləri, prioritet dəyişikliklərini, qazma qurğusu əməliyyatlarını və qrafikləri, habelə sifarişçinin cari tələblərini və s. bildirmək üçün əməliyyatlar ilə bağlı səhər görüşünü təşkil etmək və bu görüşdə iştirak etmək;
  • Dəniz əməliyyatları və əsas icra göstəriciləri üzrə aylıq hesabatverməyə töhfə vermək;
  • Davamlı qiymətləndirmə və rəy, illik qiymətləndirmə, planlaşdırılmış təlim tələbləri və karyera inkişafının planlaşdırılması vasitəsilə texniki xidmət personalını idarə etmək və onları inkişaf etdirmək;
  • Müştəri ilə razılaşdırılmış çatdırılma tarixinə cavab vermək üçün bütün xidmət sifarişlərini hazırlamaq/tərtib etmək, planlaşdırmaq və onların icrasını idarə etmək;
  • Xidmət sifarişlərini bağlamaq
  • Bütün xidmət sifarişləri üzrə planlaşdırılmış ilkin baxış;
  • Quru və dənizdə bütün işlərin əhatə dairələri üzrə tabelləri və gündəlik jurnalları təqdim etmək;
  • Şirkət ilə razılaşdırıldığı kimi, təsdiq üçün hesabatlar hazırlamaq;
  • Bütün sahə və ya dəniz mobilizasiyalarını, tranzit xidmətlərini və demobilizasiyalarını idarə etmək və hazırlamaq;
  • Texniki xidmət fəaliyyətləri daxil olmaqla, Şirkət ilə razılaşdırıdığı kimi, icra üçün bütün xidmət sifarişlərini hazırlamaq;
  • Sex ilə vəziyyətə dair görüşlərdə iştirak etmək;
  • Bütün dəniz fəaliyyətləri üzrə razılaşdırılmış hesabatvermə formatını yeniləmək;
  • Bütün texniki xidmət tarixçəsinin uyğun bildirişdə qeyd olunmasını təmin etmək;
  • Quru/dənizdə istifadə olunan aparat təminatının və ya alətlərin nasazlıqlarının aşkarlanmasında iştirak etmək və FSE-yə köməklik göstərmək; bu, RCA və  ya əldə edilmiş təcrübə fəaliyyətində fəal iştirakı ehtiva edə bilər.
  • Ölkədə olduqları müddətdə vəzifələri və məsuliyyəti altına düşməzdən əvvəl bütün iş həcmlərinin müfəssəl təhvilini təmin etmək; Təhvil cari iş həcmlərini dayandırmaq və ya yubatmaq üçün kifayət qədər müfəssəl olmalıdır; problemsiz keçid və bilik bölgüsü gözlənilir.
  • Tələb edildiyi kimi, FSM adından bütün səhər görüşlərini idarə etmək;

Tələb edildikdə, sahə xidmətinin rəhbərinə kömək etmək;

4. İDARƏ EDİLƏCƏK MƏCBURİ SW TƏTBİQLƏRİ:

  • SAP rolları
  • Dəniz hesabatvermə sistemi (ORS)

Microsoft Excel, Word, Project və Powerpoint

. TÖVSİYƏ OLUNAN TƏCRÜBƏ VƏ FORMAL İXTİSASLAŞMALAR:

  • Sualtı sistemlər haqqında güclü biliklərə malik olmaqla, 5 ildən artıq neft və qaz sahəsində təcrübə; bu təcrübənin 2 ili əvvəllər nəzarət vəzifəsində dənizdə olmalıdır;
  • Davamlı təkmilləşdirmə prosesi, idarəetmə sistemləri ilə bağlı əvvəlki iş təcrübəsi;
  • Güclü şəxsiyyətlərarası və liderlik keyfiyyətləri; formal səlahiyyət olmadan başqalarına təsir etmək bacarığı;
  • Mükəmməl təqdimat və insanları idarəetmə bacarıqları.
  • Mükəmməl ünsiyyət bacarıqları – ingilis dilində səlis danışıq və yazı bacarıqları, güclü kompüter bacarıqları

Uyğun namizədlər cvlərini hradmin@prlegem.com mail  ünvanına “Sualtı avadanlıqlar üzrə koordinator” başlığını qeyd etməklə göndərə bilərlər.

0

Your Cart