logo

Neft Fondu departament direktoru axtarır

Views: 515

İnformasiya texnologiyaları departamentinin direktoru

Azərbaycan Respublikası Dövlət Neft Fondu Sizi İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bizim professional komandamıza qoşularaq Siz daim karyera inkişafını təmin edən peşəkar mühitdə çalışmaq imkanı əldə etmiş olacaqsınız.

Bu rəhbər vəzifə biznes ehtiyaclarını müəyyən etməklə İnformasiya texnologiyaları sistemlərinin effektiv idarə edilməsi yolu ilə Fondun strateji və təşkilati hədəflərinə çatmasını dəstəkləyir. Namizədlərdə yüksək şəxsi və professional keyfiyyətlərin, problem həlletmə, mükəmməl kommunikasiya, analitik düşüncə, layihələrin idarə edilməsi, liderlik və texniki səriştələrin olması zəruridir.

Vəzifə üzrə əmək funksiyaları:

  • Kritik sistemlər üçün geniş İT infrastrukturu və proqram inteqrasiyası / inkişafı layihələrinin planlaşdırılması və icrasına nəzarət;
  • İT təchizatçı və podratçı alış planlarını hazırlamaq, icra etmək və podratçının fəaliyyətinə nəzarət etmək;
  • Departamentin ümumi uğurlarını qiymətləndirmək, əməliyyat problemlərini, ziddiyyətli prioritetləri, proqram çatışmazlıqlarını və potensial problem sahələrini müəyyənləşdirmək;
  • Fondun rəhbərliyi və digər əlaqəli təşkilatların rəhbərləri ilə strateji böyümə hədəfləri, kiber-təhlükəsizlik duruşunu möhkəmləndirmə və idarəetmə məqsədləri üçün İT hədəflərinin uyğunlaşdırılması və müəyyənləşdirilməsində fəaliyyət göstərmək;
  • Fondun İT ehtiyatları və aktivlərinin kiber təhlükəsizlik mövqeyini, vəziyyətini müəyyənləşdirmək və əlaqələndirmək. Fondun kiber təhlükəsizlik dəst-xəttinin ümumi dövlət İT infrastruktur aktivlərinə inteqrasiyasını və İT sahəsinin ən qabaqcıl təcrübə və yeniliklərinə uyğunlaşdırılmasını təmin etmək;
  • Fondun təşkilati məqsədlərini dəstəkləmək üçün davamlı İT infrastrukturunun yaradılması və təmin edilməsində Fondun rəhbərliyi ilə birlikdə iştirak etmək və əməkdaşlıq etmək;
  • İT direktor vəzifəsinin fəaliyyət sahəsi çərçivəsində departamentin gündəlik fəaliyyətini təşkil etmək və nəzarət etmək;
  • Fondun qəbulu üçün yenilikləri qiymətləndirmək və Fond və dövlət innovasiyaları üçün ən yaxşı sinergiya gətirəcək inteqrasiya yanaşmalarının müəyyənləşdirilməsi üçün dünyanın aparıcı İT təşkilatları, məhsul istehsal edən firmalar və internet əsaslı məlumat xidmətləri təminatçıları ilə əlaqələndirmək;
  • Fond üzrə qabaqcıl texnologiyaların inkişafına təkan verəcək yenilikçi layihələrin həyata keçirilməsində İT “mütəxəssis qrupu”nu yaratmaq, idarə etmək və nəzarət etmək.

Təhsil/İxtisaslaşma/Təlimlər

İnformasiya Texnologiyaları mühəndisliyi və ya əlaqəli sahələr üzrə magistr dərəcəsinin olması. Kompüter Mühəndisliyi və ya Kompüter Elmləri üzrə bakalavr dərəcəsinin olmasına üstünlük verilir.

Mühəndislik və / və ya kompüter elmləri üzrə dərin analitik düşüncə qabiliyyəti, İT texnologiyalarda son yenilik və metodlardan istifadə etmək, mürəkkəb təşkilati və maddi-texniki problemləri həll etmək bacarığı.

Dil bilikləri

Azərbaycan dili, ingilis dili bilikləri vacibdir, rus dili bilikləri arzuolunandır.

Təcrübə

İT sahəsi üzrə rəhbər vəzifələrdə minimum 15 il iş təcrübəsi

Son müraciət tarixi : 30 iyun 2020-ci il

0

Your Cart