logo

Milli qurtuluş və “Əsrin müqaviləsi” ilə başlayan yeni neft strategiyası

Views: 195

Milli Qurtuluş Günü kimi qeyd edilən iyunun 15-i Azərbaycan tarixinə vətəndaş qarşıdurmasına son qoyulduğu, milli birlik və həmrəyliyin ilk bünövrəsinin atıldığı, ictimai-siyasi sabitliyin bərqərar edildiyi, yeni intibahın başlandığı gün kimi həkk olunub. Məhz 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmin oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hərbi və siyasi məsələlərin həlli ilə yanaşı, iqtisadiyyatın dirçəlməsi üçün işlər görməyə, neft sənayesinin bərpası və inkişafı ilə məşğul olmağa başladı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli neft strategiyası hazırlandı və nəticədə 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Saziş” imzalandı. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi. Bu, müasir Azərbaycan tarixində olduqca mühüm hadisə və ölkəmizin bugünkü inkişafın təməlinin atıldığı gün idi.

Neft-qaz sənayesində yeni dövrün başlanğıcı – “Əsrin müqaviləsi”

Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan və “Əsrin müqaviləsi” adlandırılan həmin Saziş olduqca çətin ictimai-siyasi proseslər dövründə imzalandı. Çünki o vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmiş, Azərbaycan Ermənistanla müharibə şəraitində idi, ölkə iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmışdı. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün bəlkə də yeganə çıxış yolu hesab olunurdu. Belə bir şəraitdə hər hansısa bir ölkənin, şirkətin Azərbaycana böyük investisiyalar yatırması olduqca mümkünsüz görünürdü. Bu amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Lakin ulu öndər Heydər Əliyev şəxsiyyəti, onun iradəsi, qətiyyəti və müdrikliyi, Ümummilli Liderin siyasi uzaqgörənliyi danışıqların uğurla başa çatmasını və “Əsrin müqaviləsi”nin imzalanmasını təmin etdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu bütün tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan bu neft kontraktları imzalandı. Bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan və “Əsrin müqaviləsi” adlandırılan həmin Saziş olduqca çətin ictimai-siyasi proseslər dövründə imzalandı. Çünki o vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmiş, Azərbaycan Ermənistanla müharibə şəraitində idi, ölkə iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmışdı. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün bəlkə də yeganə çıxış yolu hesab olunurdu. Belə bir şəraitdə hər hansısa bir ölkənin, şirkətin Azərbaycana böyük investisiyalar yatırması olduqca mümkünsüz görünürdü. Bu amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Lakin ulu öndər Heydər Əliyev şəxsiyyəti, onun iradəsi, qətiyyəti və müdrikliyi, Ümummilli Liderin siyasi uzaqgörənliyi danışıqların uğurla başa çatmasını və “Əsrin müqaviləsi”nin imzalanmasını təmin etdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu bütün tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan bu neft kontraktları imzalandı. Bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycanın neft sənayesinin, ümumiyyətlə iqtisadiyyatının inkişafında, xalqımızın güzəranının yaxşılaşmasında əvəzsiz rol oynayan bu sazişə əsasən Azərbaycanın dəniz yataqları olan “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının mənimsənilməsi 30 il müddətinə nəzərdə tutulurdu. Sonrakı dövrdə görülən işlər, kəşf olunan yataqlar Azərbaycanın enerji potensialını daha da artırdı. Bu illərdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə Azərbaycanın inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynayan 30-dan çox saziş imzalandı.

2017-ci il sentyabrın 14-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.

Bu tarixi sazişdən sonra “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2049-cu ilədək uzadıldı və saziş “Yeni Əsrin müqaviləsi” adlandırıldı. SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edir. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faizdir, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradır. 2049-cu ilədək AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması gözlənilir.

“Üç dənizin əfsanəsi” – Bakı–Tbilisi–Ceyhan neft boru kəməri


“Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi ortaya çıxdı və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. Belə bir şəraitdə yeni boru kəmərlərinin çəkilməsi labüd idi. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kəmərləri Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin etdi.


1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verildi. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlayıb. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Lakin bu da kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya hesab edirdilər. Lakin zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Ulu Öndərin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” Fərman imzalandı. Həmin Fərmanda BTC layihəsində Azərbaycanın iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapdı. Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda – Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu.

Ulu öndər Heydər Əliyevin neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.

Neft gəlirlərinin səmərəli idarə olunması üçün təminat – Dövlət Neft Fondu

Ulu öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının dirçəlişini məhz neft amilində görürdü və uzaqgörən siyasəti ilə dünyanın məşhur neft şirkətlərini bu işə cəlb etmişdi. Bu strategiyanın təməlində isə bir ideya dururdu: neftdən əldə olunan bütün gəlirləri, eləcə də həm siyasi, həm də iqtisadi mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltmək. Ümummilli Liderin böyük uzaqgörənliklə həyata keçirdiyi neft strategiyasının növbəti mərhələsi isə ölkənin neft-qaz yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən gəlirlərin toplanaraq səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına, sosial-iqtisadi və streteji baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi. Məhz bu məqsədlə Ulu Öndərin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis olundu.

Fəaliyyətə başladığı vaxtdan ötən 20 il ərzində Neft Fondu qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, öhdəliklərini layiqincə yerinə yetirib. Fond neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı ölkəmizin əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə olunmasını və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Bu mənada, ARDNF Ümummilli Lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir. Fondun yaradılması fəlsəfəsinin əsas qayəsini də neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsünün təmin olunması təşkil edir. Məhz bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atılır.

Uzunmüddətli inkişaf proqramı olaraq həyata keçirilən neft strategiyasının əsasını ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipini təşkil edir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunmuş gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur.

İyirmiillik uğurlu fəaliyyəti sayəsində beynəlxalq səviyyədə tanınan Dövlət Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondları siyahısında dördüncü sırada qərarlaşıb. Yaradıldığı gündən şəffaflıq Neft Fondu fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Bu şəffaf fəaliyyətin nəticəsi olaraq Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında ilk olaraq məhz Dövlət Neft Fondu 2007-ci ilin mayında “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. Bununla yanaşı, ARDNF ötən ilin oktyabrında Suveren Fondlar İnstitutu (SWFI) tərəfindən tərtib olunmuş dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib və dövlət vəsaitlərinin idarə olunması üzrə müxtəlif göstəricilər nəzərə alınmaqla 10-cu yeri tutub.


X X X


“Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji layihələrinin həyata keçirilməsinə şərait yaratdı. Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə qaz ixrac edən əsas ölkələrindən birinə çevrilmək potensialına malikdir. Nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artıb. Yaxın gələcəkdə Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafında mühüm amilə çevrilərək ölkəmizin regionda və Avropada geoiqtisadi əhəmiyyətini bir qədər də artıracaq, qitənin enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təmin olunmasında ciddi amilə çevriləcək. Hazırda Azərbaycan təbii qazı Avropanın astanasındadır və ilin sonuna kimi qitə ölkələri Azərbaycan qazını tədarük etməyə başlayacaq.

azertag




0

Your Cart