logo

Azərbaycandan bu il $5 milyardlıq neft və neft məhsulları ixrac edilib

Views: 233

Yanvar-may aylarında Azərbaycandan 13 milyon 773,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 5 milyard 71,2 milyon ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 14 milyon 58,3 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 6 milyard 721,5 milyon dollar təşkil etmişdi.

azertag


0

Your Cart