logo

Azərbaycan neftinin bir barreli 41,57 dollara satılır

Views: 140

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,15 dollar ucuzlaşaraq 41,57 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0

Your Cart