logo

Xəzərdə itkin düşmüş neftçilərin cəsədi 4 il yarım sonra tapılıb

Views: 172

Günəşli yatağında yanğını zamanı itkin düşmüş iki neftçinin cəsədinin Xəzər dənizindən çıxarılıb.

SOCAR rəsmisi İbrahim Əhmədov “cəsədlərin Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman Çıraq Platforması ilə Neft Daşları arasında – 190 metr dərinlikdə, kəmərin alt hissəsindən tapıldıqlarını” bildirib.

“Tapılmış şəxslər 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğludur.

“Meyitlərin üzərindəki şəxsiyyət vəsiqələri, habelə mərhumların ailələrinin rəyləri onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya zamanı işlər tam dayandırılıb, meyitlər bir neçə gün ərzində 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş Polis İdarəsinə təhvil verilib”, – cənab Əhmədov qeyd edib.

Hadisə 7 may tarixində baş verib.

İbrahim Əhmədov bildirib ki, hazırda sözü gedən təbii fəlakət nəticəsində itkin hesab olunan şəxslərin sayı 17 nəfərdir.

Nə baş vermişdi?

2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət baş verib. Həmin zaman özüldə 63 nəfərin olduğu bildirilib.

Bundan öncə “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən iki neftçinin cəsədi 2016-cı il yanvarın 4-də Türkmənistan tərəfindən tapılmışdı.

Bu qəza, indiyədək Xəzərdə dəniz neftçıxarma tarixində baş vermis ən böyük miqyaslı faciəvi hadisədir.

BBC

0

Your Cart