logo

SOCAR Ukraynada neftini saxlamaq istəyir

Views: 116

Azərbaycanın SOCAR şirkəti Ukraynada neftin saxlanmasına maraq göstərib, lakin mövcud qanunvericlik hələlik bu xidmətin göstərilməsinə imkan vermir.

Bu barədə “Ukrtransnafta” SC-nin baş direktoru və “Naftoqaz” qrupunun rəhbəri Nikolay Qavrilenko cümə axşamı encorr YouTube kanalının efirində bildirib.

“Həmin SOCAR şirkəti bizə müraciət edərək bildirdi: biz bir il müddətində nefti sizdə saxlamaq istəyirik, sonra nə edəcəyimiz barədə qərar qəbul ediləcək: ya sizdə emal olunacaq və ya Belarus istiqamətində boru kəməri ilə ötürüləcək, yaxud da tankerlərə doldurmaqla sərbəst bazarda satılacaq. Hələlik qanunvericiliyimiz buna imkan vermir”, – o bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir. 

0

Your Cart