Azərbaycan neftinin qiyməti ötən həftədə satılan partiya ilə müqayisədə bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar artaraq 23,51 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Azərbaycan dövlətinin mənfəət neftini və SOCAR-ın payına düşən neft Azərbaycan Dövlət Neft Şirkəti marketinq və İqtisadi Əlaqələr İdarəsi tərəfindən spot qiymətlərlə alıcılara Ceyhan və Supsa limanlarında təklif edilir.