logo

Bazar ertəsi neftin ucuzlaşması ilə başladı

Views: 198

Neftin ucuzlaşması ABŞ-Çin ticarət müharibəsinin yenidən başlaması təhlükəsi fonunda baş verir

Bazar ertəsi Çin Xalq Respublikasının koronavirus infeksiyasının (COVİD-19) ölkədə yayılması xəbərini dünya ictimaiyyətinə vaxtında məlumat verməməsi səbəbinə görə ABŞ-ın Çin mallarına qarşı rüsumları artırması ehtimalını cavabdeh tədbirlər kimi gündəmə gətirməsi səbəbindən neft qiymətlərini ucuzlaşır.

London İCE Futures birjasında Brent markalı neftin iyul ftuçersləri üzrə bir barelinin qiyməti Bakı vaxtı ilə 12:05-də 25.77 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0.67 dollar (2.57%) azdır. Mayın 1-də, cümə günü keçirilən ticarət nəticəsində iyul fyuçersləri 0,04 dollar (0,15%) azalaraq 26,44 dollar olub.

İyun ayında New York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin fyuçersləri baxılan zamanda 1,4 dollar (7,08%) azalaraq 18,38 dollar olub. Əvvəlki ticarətin yekunlarına görə, müqavilə qiyməti 0,94 dollar (5%) artaraq 19,78 dollar təşkil edib.

ABŞ Prezidenti Donald Trump, dünən – bazar günü Fox News-a verdiyi açıqlamada, “Çin, koronavirusun yayılmasını gizlətməyə çalışarkən, “səhv etdi” dedi”.

O əlavə edib ki, rüsumların tətbiqi Çin ilə danışıqlarda “vacib vasitədir”.

0

Your Cart