logo

Apreldə Neft Fonduna daxil olan gəlir məlum oldu

Views: 216

2020-ci ilin son ayında “Azəri-Çıraq-Günəşli”dən gələn gəlir 300 milyon dollar təşkil edib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 1,983 mlrd. ABŞ dolları daxil olub.

Bu məbləğin 112 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Xatırladaq ki, bundan əvvəl ARDNF cari ilin yanvar-mart aylarında Fonda AÇG neftindən və Şah-dəniz kondensatının satışından 1 milyard 671 milyon dollar vəsaitin daxil olduğunu açıqlamışdı.

Bu məlumatlardan çıxış edərək, Caspian Barrel Fonda bu maddə üzrə daxilolmaların aprel ayında 312 milyon dollar təşkil etdiyini hesablayıb. Daxilolmaların 300 milyonu AÇG-dən, 12 milyon dolları isə Şahdənizdəki kondensat satışından daxil olub.

Caspian Barrel neft dairələrindəki mənbələrə əsaslanaraq bildirir ki, əslində statistikada aprel ayı üzrə açıqlanan gəlirlər reallıqda mart ayındakı daxilolmalardır. Çünki maliyyə hesabatları obyektiv səbəblərdən təqribən bir ay gecikmə ilə həyata keçirilir. O cümlədən də cari ilin birinci rübündə Neft Fondunun Azərbaycan neftinin orta ixrac qiyməti ilə bağlı açıqladığı 59 dollar reallıqda 209-cu ilin dekabr və 2020-ci ilin ilk iki ayının orta qiyməti idi.

Qeyd edək ki, AÇG-də mənfəət neftinin satışından ARDNF-ə vəsait 2001-ci ildən daxil olur.

0

Your Cart