logo

ADNSU ilə SOCAR-STP əməkdaşlıq niyyətindədir

Views: 167

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı mayın 5-də SOCAR-STP birgə müəssisəsində olub.

ADNSU-dan “Report”a verilən məlumata görə, müəssisənin Baş icraçı direktoru Fərid Ağayev əvvəlcə ADNSU-nun rektorunu müəssisə ilə tanış edib.

Daha sonra ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə F.Ağayev bildirib ki, müəssisənin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir. Müəssisənin ən müasir texniki avadanlıq və cihazlarla təchiz olunduğunu qeyd edən F.Ağayev burada peşəkar və təcrübəli texniki heyətin cəmləşdiyini, lakin SOCAR-STP-nin qısa müddət ərzində istehalın həcminin artırılmasını hədəflədiyini və bununla əlaqədar yeni kadrlara təlabatın mövcudluğunu və ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Görüşdə ADNSU-nun rektoru SOCAR-STP-nin dünyanın qabaqcıl şirkətlərindən birinə çevrilməsi üçün tələb olunan bütün keyfiyyətlərə sahib olduğunu bildirib. Hazırda ADNSU-da ölkədə tədris olunan 30-dək texniki-texnoloji ixtisasdan 23 üzrə tədrisin aparıldığını qeyd edən rektor M.Babanlı SOCAR-STP-nin əməkdaşlıq təklifinin universitet üçün cəlbedici olduğunu vurğulayıb. Rektor M.Babanlı ADNSU ilə SOCAR-STP arasında əməkdaşlığın bir neçə istiqamət üzrə – məzunların işə düzəlməsi, tələbələrin istehsalat təcrübəsi keçməsi, universitetin professor-müəllim heyətinin və startapçı gənclərin layihələrinin gerçəkləşdirilməsi istiqamətləri üzrə mümkün olduğunu, daha sonra əməkdaşlıq dövründə bu sahələrin sırasının daha da genişlənə biləcəyini bildirib.

Görüşdə tərəflər qlobal koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində SOCAR-STP-nin iş yeri təklifinin ADNSU-nu bu il bitərəcək məzunlar üçün xoş sürpriz olmaqla yanaşı, Azərbaycan hökumətinin yeritdiyi sosial siyasətlə də uzlaşdığı qeyd olunub və əməkdaşlığa dair sənədin qısa müddət ərzində hazırlanması üçün ikitərəfli komissiyanın yaradılmasına dair razılıq əldə olunub.

Qeyd edək ki, SOCAR-STP birgə müəssisəsi 2019-cu il dekabrın 11-də SOCAR və Sumqayıt Texnologiyalar Parkı arasında imzalanmış müqavilə əsasında yaradılıb. 

0

Your Cart