logo

AÇG-də neft hasilatı 7,7% azalıb

Views: 126

2020-ci ilin I rübündə Azərbaycanın ən iri neft yataqları blokunda – “Azəri-Çıraq-Günəşli”də hasilat ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon barel azalıb.

“BP-Azerbaijan” şirkətinin (AÇG-nin operatoru) məlumatına görə, 2020-ci ilin birinci rübündə AÇG yataqlar blokundan 48 mln. barrel (6,4 mln. ton) neft hasil olunub.

Xaırladaq ki, 2019-cu ilin I rübündə AÇG blokundan 52 mln. barrel neft hasil olunmuşdu (7 milyon ton). Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında AÇG müqavilə sahəsində neft hasilatı barel hesabı ilə 7,7% azalıb.

2020-ci ilin birinci rübündə şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 61,2% – $672 mln.-dək artırıb. “Bu məbləğdən $150 mln.-u əməliyyat xərclərinin, $522 mln.-u əsaslı xərclərin payına düşüb”, – BP-nin məlumatında bildirilir.

2020-ci ilin birinci rübündə orta sutkalıq neft hasilatı 524 min barel (2019-cu ilin yanvar-mart aylarında 571 min barrel) olub.

interfax.az

0

Your Cart