logo

SOCAR birinci rübdə avtomobil benzini istehsalını 13,5%, dizel istehsalını 8,6% artırıb

Views: 82

2020-ci ilin birinci rübündə Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,6% – 816 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə 343,8 min ton avtomobil benzini (artım 13,5%), 559,9 min ton dizel yanacağı (artım 8,6%), 27,6 min ton soba mazutu (artım 53,3%), 6,4 min ton sürtkü yağı (artım 30,6%), 54,6 min ton neft bitumu (artım 38,6%) istehsal edilib.

Yanvar-oktyabr aylarında birbaşa qovulan benzin istehsalında 16,9% – 65,5 min tonadək, kerosin istehsalında 4,9% – 146,6 min tonadək, neft koksu istehsalında 2,9% – 59,4 min tonadək azalma qeydə alınıb.

2020-ci il aprelin 1-nə BNEZ-in anbarlarında hazır məhsullar ehtiyatı qismində aşağıdakılar olub: 82,2 min ton avtomobil benzini, 46,8 min ton təyyarə yanacağı, 114,9 min ton dizel yanacağı, 12,1 min ton soba mazutu, 11,8 min ton sürtkü yağları, 19,7 min ton neft bitumu, 65,7 min ton neft koksu.

Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu – Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.

interfax.az

0

Your Cart