logo

G20 müvəqqəti enerji monitorinqi komitəsi yaradır

Views: 96

G20 ölkələrinin enerji nazirləri aprelin 10-da keçirdikləri görüşdə COVID-19-un enerji bazarlarına təsirlərinin aradan qaldırılması fonunda dünya bazarında sabitliyi təmin etmək üçün bütün zəruri və təxirəsalınmaz tədbirləri görməyə söz veriblər.

Bu məqsədlə cavab tədbirlərini izləyəcək bir işçi qrupu yaradılacaqdır.

G2-nin qəbul etdiyi yekun sənədinə görə, “qlobal iqtisadiyyatın artımını dəstəkləmək və enerji bazarlarımızı qorumaq üçün, hər bir ölkənin vəziyyətini nəzərə alaraq, bütün enerji mənbələri üçün bazar sabitliyini təmin edəcək birgə siyasi cavab tədbirləri hazırlamaq üçün birlikdə işləməyi özümüzə borc bilirik.”

“Bu çağırışları qarşılamaq üçün enerji bazarlarının sabitliyini təmin etmək üçün bütün zəruri və təxirəsalınmaz tədbirləri görməyi özümüzə borc bilirik. Bəzi istehsalçıların enerji bazarlarını sabitləşdirmək niyyətlərini alqışlayırıq. Enerji sistemlərinin bərpasını təmin etməkdə beynəlxalq əməkdaşlığın vacibliyini qəbul edirik”, – sənəddə üeyd olunur.

“Reaksiya tədbirlərini izləyəcək qısamüddətli işçi qrupu yaradırıq – bu, bütün G20 iştirakçıları üçün könüllü olaraq açıqdır və G20-nin Səudiyyə Ərəbistanına sədrliyi dövründə müvafiq təşkilatlarla birlikdə mütəmadi olaraq G20 nazirlərinə qiymətləndirmələrini bildirəcəkdir.

* G20-də dünyanın ən böyük neft istehsalçıları və istehlakçıları birləşib: ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Braziliya, Böyük Britaniya, Meksika, Kanada, Çin, Hindistan, Avropa Birliyi, Argentina, Avstraliya, Fransa, Almaniya, İndoneziya, İtaliya, Yaponiya, Cənubi Afrika, Cənubi Koreya və Türkiyə.

Caspian Barrel

0

Your Cart