logo

Birinci rübdə BTC kəməri ilə 7,6 mln tondan çox neft daşınıb

Views: 171

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 9 milyon 506,9 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 80,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və üç ayda bu kəmərlə 7 milyon 627 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 1 milyon 110,3 min ton tranzit nefti də ötürülüb.

azertag.az

0

Your Cart