logo

2020-ci ildə dünyada enerji daşıyıcılarına tələbat 6% azalacaq

Views: 226

Yeni növ koronavirusun yaratdığı xəstəliyin pandemiyası enerji bazarları üçün İkinci Dünya müharibəsindən bəri ən böyük şok olub. Tələbat enerjinin demək olar bütün növlərinə – neft, qaz, kömürə qarşı azalıb və 2020-ci ildə yalnız alternativ nəsillə artacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) yeni araşdırmasına əsasən demək mümkündür.

BEA-nın hesablamalarına görə, 2020-ci ildə dünyada enerji daşıyıcılarına tələbat 6% azalacaq ki, bu da 2008-ci ildəki böhran dövrü ilə müqayisədə yeddi dəfə çoxdur.

Mütləq mənada azalma dünyanın üçüncü ən böyük bazarına sahib olan Hindistanın bir ildə istehlak etdiyi həcmə bərabər olacaq. Ən çox tələbat azalması inkişaf etmiş ölkələrin payına düşəcək. Belə ki, tələbatın ABŞ-da 9%, Avropa İttifaqında isə 11% azalacağı gözlənilir.

Pandemiyanın tələbata yekun təsirini yalnız karantin rejimləri başa çatdıqdan sonra qiymətləndirmək olar. BEA-nın hesablamalarına görə, indiyə qədər əhalinin təcrid olunduğu hər ay qlobal enerji tələbatını 1,5% azaldır.

“Eyni zamanda, məhdudlaşdırıcı tədbirləri alternativ, nəslin aşağı karbonlu mənbələrindən, o cümlədən külək, günəş, su və atom enerjisindən istifadənin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. 2020-ci ildə onların elektrik enerjisi istehsalındakı payı 40%-ə çata bilər. Bu, elektrik enerjisi istehsalında qazın payının 3% bəndi azalmasına, 2001-ci ildən bəri ən aşağı səviyyəyə enməsinə səbəb olacaq”, – BEA-dan bildiriblər.

Proqnozlara görə, ən çox kömürə tələbat azalacaq: ildə 8% azalma. Qaza tələbat isə 5% azalacaq. 2020-ci ildə karbona tələbatının azalması həmçinin CO2 tullantılarının rekord dərəcədə – 8% azalmasına səbəb olacaq.

report.az

0

Your Cart