logo

SOCAR Ukraynada koronavirusa qarşı mübarizə aparan tibb işçilərinə yardım edib

Views: 113

“SOCAR Energy Ukraine” şirkəti Ukraynada koronavirusa qarşı mübarizə üçün xüsusi yardım aksiyası həyata keçirir.

AZƏRTAC xəbər verir ki, SOCAR Ukraynanın Səhiyyə Nazirliyinə 10 min litr yanacaq hədiyyə edib.

“SOCAR Energy Ukraine” şirkəti koronavirusun yayılmasının qarşısını alan səhiyyə işçilərinə yardımlarını davam edəcək.

Qeyd edək ki, Ukraynada artıq 100-dən artıq insan koronavirusa yoluxub. Ukraynanın 10 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan isə 3 nəfər həyatını itirib.

Ukraynada ilkin olaraq aprelin 4-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Karantinin müddətinin uzadılması gözlənilir.

azertag.az

0

Your Cart