logo

“SOCAR Petroleum” yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Views: 54

Beynəlxalq dərəcəli şose sayılan Gürcüstan-Qazax-Bakı magistralının üzərində – Goranboy rayonunun Boluslu kəndi ərazisində SOCAR brendi altında yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“Report” bu barədə “SOCAR Petroleum” QSC-yə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, bu istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərinə bu YDM daha əlverişlidir.

Sayca 31-ci olan YDM-də “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da altı kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Hazırda bu yanacaqdoldurma məntəqəsində 20 nəfər çalışır.

“SOCAR Petroleum”un 31 yanacaqdoldurma məntəqələrindən ibarət şəbəkəsi, 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi var, ekoloji CNG yanacağının tətbiqində liderdir. Hər bir müştəri üçün satış həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər mövcuddur. 

report.az

0

Your Cart