logo

SOCAR Odessa vasitəsilə Belarusa 250 min ton neft nəql edəcək

Views: 100

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) mart ayında Odessa limanı və “Odessa-Brodı” neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 250 min tona yaxın üç partiya neft nəql edəcək. Bu barədə “İnterfaks-Qərb” agentliyinə cümə günü “Belneftexim” konserninin mətbuat xidmətindən məlumat verilir.

“Socar Trading” ilə mart ayında Pivdennıy limanına (Odessa vilayəti) 250 min tona yaxın üç partiya neft nəqlinə dair razılıq var. Daha sonra neft “Odessa-Brodı” neft kəməri ilə Mozır NEZ-ə nəql ediləcək”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.

interfax.az

0

Your Cart