logo

SOCAR Gürcüstanda qazlaşdırma səviyyəsini 78%-ə çatdırıb

Views: 81

“SOCAR Gürcüstanda qazlaşdırma işlərini davam etdirir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstanda qazlaşdırma səviyyəsi 46% olub: “SOCAR-ın apardığı qazlaşdırma işləri nəticəsində bu göstərici hazırda 78% təşkil edir”.

M.Məmmədov qeyd edib ki, SOCAR-ın Gürcüstanda apardığı qazlaşdırma işləri çərçivəsində hər il 10 mindən çox abunəçi təbii qazdan istifadə imkanı əldə edir.

report.az

0

Your Cart