logo

“Petkim”in xalis mənfəəti azalıb

Views: 118

SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksinin xalis mənfəəti azalıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ötən il “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 2018-ci ilə nisbətən 6,7 faiz azalaraq 813,3 milyon türk lirəsi olub. 2019-cu ildə şirkətin gəliri isə əvvəlki illə müqayisədə 25,3 faiz artaraq 11,7 milyard lirə təşkil edib.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir. “Petkim” Türkiyənin neft-kimya məhsuluna olan tələbatının 20 faizini ödəyir. Petkim” 80 ölkəyə neft-kimya məhsulları göndərir

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. Hazırda STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.

“Petkim” 15 əsas və 6 köməkçi müəssisəsi ilə illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir.

azertag.az

0

Your Cart