logo

Neft nəhənglərinin bazar dəyəri kəskin azalıb

Views: 45

Neftin qiymətinin kəskin ucuzlaşması və koronavirusun (COVİD 19) qlobal iqtisadiyyatda neftə olan tələbatı azaltması ilə son 5 iş günündə dünyanın 14 ən böyük neft şirkətinin bazar dəyəri 495 milyard ABŞ dolları azalıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bazar dəyəri ən çox azalan şirkət Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” olub.

Məlumata görə, dünyanın ən dəyərli şirkəti olan “Saudi Aramco”nun səhmlərinin dəyəri “Tadawul” birjasında 12,1% və ya 230 milyard ABŞ dolları azalıb. Növbəti sıralarda Hollandiyanın “Royal Dutch Shell” və Fransanın “Total” şirkəti qərarlaşıb. Onların bazar dəyəri müvafiq olaraq 48,3 milyard ABŞ dolları və 33,7 milyard ABŞ dolları azalıb.

Qeyd edək ki, Böyük Britaniyanın “BP” şirkətinin səhmləri 30,1% və ya 29,5 milyard ABŞ dolları, Rusiyanın “Rosneft”in səhmləri 32,2% və ya 19 milyard ABŞ dolları, “Lukoyl”un səhmləri 21,1% və ya 11 milyard ABŞ dolları azalıb.

report.az

0

Your Cart