logo

Koronavirusun neft tələbatına mənfi təsir göstərdiyi dövrdəyik

Views: 82

Hazırda koronavirusun neft tələbatına mənfi təsir göstərdiyi dövrdəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Mohamed Arkab Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 178-ci iclasında deyib.

O bildirib ki, 2016-cı ildə OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) arasında imzalanan “Əməkdaşlıq Bəyannaməsi” ilə neft hasilatına məhdudiyyətlərin tətbiq edilməsi istehsalçılar, təchizatçılar və ümumi bazar üçün çox vacib addım olub.

“Keçən ilin dekabrında “OPEC+” üzrə neft hasilatının daha da azaldılması ilə bağlı qərər bazara müsbət təsir göstərmək üçün qəbul edilmişdi. Lakin hazırda koronavirusun 2020-ci ilin birinci və ikinci rübündə iqtisadiyyata və neft tələbatına mənfi təsir göstərəcəyinə dair narahatlıqların artdığı dövrdəyik. Neft bazarına təsir göstərən bu kimi kritik problemlər hər hansı bir ölkənin təkbaşına öhdəsindən gələ biləcəyi vəziyyət deyil. Mürəkkəb çətinliklər əməkdaşlığı və birgə hərəkət etməyi tələb edir”, – deyə nazir vurğulayıb.

azertag.az

0

Your Cart