Gürcüstan cari ilin yanvar-fevral aylarında Azərbaycandan idxal etdiyi təbii qazın həcmini artırıb. Hesabat dövründə Gürcüstan Azərbaycandan 517,3 milyon kubmetr təbii qaz idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, Gürcüstanın Azərbaycandan tədarük etdiyi təbii qazın həcmi illik müqayisədə 6,4 faiz və ya 31,3 milyon kubmetr artıb.