logo

“Goldman Sachs” ilin ikinci rübündə neftin qiymətinin 20 dollar/barrel olacağını gözləyir

Views: 103

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” xam neftin qiymətinə dair proqnozunu açıqlayıb.

AZƏRTAC “Goldman Sachs”a istinadla xəbər verir ki, bank ilin ikinci rübündə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 20 dollar olacağını nəzərdə tutur.

“Goldman Sachs”a görə, aviaşirkətlərin uçuşları azaltması və daha çox ölkənin reysləri bağlanması fonunda neft bazarı böyük dəyişikliklə üzləşib. Səudiyyə Ərəbistanı və Rusiyanın bazar payı uğrunda qiymət müharibəsi də neft qiymətlərinin kəskin enməsinə təsir edir. Neft istehlakı isə gündəlik 8 milyon barrel azalıb.

azertag.az

0

Your Cart