logo

Azərbaycanda idxal benzinin qiyməti ucuzlaşdı

Views: 144

Azərbaycanda martın 13-ü saat 00:00-dan etibarən Euro-95 və Super Euro-98 markalı benzinlərin qiyməti ucuzlaşıb.

Bu növ benzinlərin qiymətləri benzinin topdan satıcısı tərəfindən müəyyən edilir.

“Premium Euro-95” markalı benzinin 1 litri hazırda 1,2 manata (əvvəl 1,5 manat), Super Euro-98 – 1,4 manata (əvvəl 1,6 manat) satılır.

Beləliklə, “Premium Euro-95” benzini 20%, “Super Euro-98” isə 12,5% ucuzlaşıb.

Bu marka benzinlər Azərbaycanda istehsal olunmur. Azərbaycana idxal edilir.

Benzinin qiymətlərində ucuzlaşma dünya bazarlarında neftin ucuzlaşması ilə əlaqədardır.

Əvvəllər xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycana 40 milyon 660.42 min dollar (azalma 7,7%) dəyərində 53 min 796.52 ton “Premium Euro-95” markalı benzin (2018-ci illə müqayisədə 6.8% azalma) idxal edilmişdir.

Bundan əlavə, 2019-cu ildə Azərbaycana 1 milyon 645.47 min dollar (artım 53.8%) dəyərində 1 milyon 860,8 ton (artım 68,5%) həcmində “Super Euro-98” markalı benzin idxal edilib.

Azərbaycana “Premium Euro-95” və “Super Euro-98” markalı benzin idxalı 1 aprel 2014-cü il tarixindən başlayıb.

0

Your Cart