logo

2003-2019 illərdə ARDNF-dən dövlət büdcəsinə transfertlər 100 mlrd manat təşkil edib

Views: 185

2003-cü ildən 2019-cu il dekabrın 31-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 99 milyard 940,3 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.

“2019-cu ildə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 11 milyard 364,3 milyon manat təşkil edib”, – deyə məlumatda bildirilir.

ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.

ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.

interfax.az

0

Your Cart