logo

“SOCAR Georgia Gas” Gürcüstanın daha beş bölgəsində təbii qaz xətlərini alıb

Views: 75

SOCAR-ın Gürcüstandakı törəməsi “SOCAR Georgia Gas” şirkəti bu ölkənin bir neçə regionunda ümumi uzunluğu 155,3 min metr olan təbii qaz xəttini alıb.

Bu barədə AZƏRTAC-a Gürcüstanın hökumət dəftərxanasından məlumat veriblər. Bildirilib ki, qaz xətləri Azərbaycan şirkətinə birbaşa satış yolu ilə 6,2 milyon lariyə (təxminən 2,2 milyon dollar) satılıb.

Bununla da “SOCAR Georgia Gas” Gürcüstanın şərqində daha bir, qərbində isə 4 bələdiyyənin ərazisində qazpaylama məntəqəsinin sahibi olacaq.

Şirkət 2019-cu ildə Gürcüstanın regionlarında ümumi uzunluğu 708,5 min metr, 2018-ci ildə isə 594 min metr qaz magistral kəmərinə sahib olub. Hazırda SOCAR Gürcüstanın əsas təbii qaz təminatçısıdır.

0

Your Cart