logo

Səngəçal terminalından “Şahdəniz” qazının ixracı kəskin artıb

Views: 109

2019-cu il ərzində Səngəçal terminalından təqribən 263 mln barel neft və kondensat ixrac edilib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2019-cu ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu 2018-ci illə müqayisədə 7% azdır.

Bu həcmlərin 235 mln barelə yaxın hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təqribən 28 mln bareli Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə ixrac edilib.

BTC ilə ötürülən neftin həcmi 2018-ci ildən 7,8% az olub, Bakı-Supsa ilə terminaldan nəqlin həcmi isə eyni qalıb.

2019-cu il ərzində terminaldan həmçinin gündəlik orta hesabla 45 mln. kubmetrdən çox (təqribən 1,600 mlrd. kubfut) “Şahdəniz” qazı ixrac edilib. Bu həcm 2018-ci illə müqayisədə 58% çoxdur.

Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln barel neft və “Şahdəniz” qazı üçün təqribən 80 mln standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 mln standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

0

Your Cart