logo

“Azərikimya” Etilen-Polietilen zavodunda modernləşdirmə işlərini başa çatdıracaq

Views: 325

SOCAR şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyi 2020-cİ ilin III rübündə Etilen-Polietilen zavodunda bərpa və modernləşdirmə işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə bərpa və modernləşdirmə layihəsi üzrə baş mühəndisin müavini Qədir Əliyev bildirib.

“Bu layihə çərçivəsində fəal işlər 2017-ci ildə başlanıb və cari ilin üçüncü rübündə tam başa çatacaq. Layihənin reallaşdırılması illik etilen istehsalı həcmini 100-120 min tondan 192 min tonadək, propilen istehsalını 80-90 min tondan 187 min tonadək, o cümlədən, müəssisənin istismar müddətini 20 il artırmağa imkan verəcək”, – Əliyev cümə axşamı jurnalistlərə bildirib.

O məlumat verib ki, layihə quru qazın təmizlənməsi, propan-propilen fraksiyadının təmizlənməsi üzrə qurğuların, etilen və propilen saxlanılması üçün anbar, hidrogenin zənginləşdirilməsi üzrəqurğuların tikintisini nəzərdə tutur.

Bu layihənin reallaşdırılması SOCAR Polymer şirkətinin yüksək sıxlıqlı polietilen və polipropilen istehsalı üzrə zavodları xammal ilə təmin etməyə imkan verəcək.

“Azərikimya”nın məlumatına görə, 192 min ton etilen və 187 min ton propilendən “SOCAR Polymer”in zavodlarına müvafiq olaraq 120 min ton etilen və 140 min propilen yönəldiləcək. Etilenin qalan həcmi Etilen-Polietilen zavodunda yüksək sıxlıqlı polietilen istehsalı üçün istifadə olunacaq. Hazırda müəssisədə illik 60 min tondan artıq polietilen istehsal olunur.

Bundan başqa, Əliyevin sözlərinə görə, layihə çərçivəsində zavodda elektrik enerjisi istehsalı 2 dəfə artıb.

“Bu layihənin reallaşdırılması “Azərikimya”nın müəssisələrini öz imkanları hesabına hazırda Sumqayıt elektrik şəbəkəsindən əldə olunan 30 MVt/saat elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Qalan 35 MVt/saat elektrik enerjisi hesabına SOCAR-ın digər müəssisələri və Sumqayıtda istehlakçılar eıektrik enerjisi ilə təmin oluna biləcəklər”, – o əlavə edib.

0

Your Cart