logo

2019-cü ildə Azərbaycan Ai-92 benzini idxalını 57% artırıb

Views: 123

Azərbaycan 2019-cu ildə 114 min 314,17 ton AI-92 markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“2019-cu ildə Azərbaycana $77 milyon 249,31 min dəyərində AI-92 markalı avtomobil benzini yalnız idxal edilib”, – hökumətdən bildiriblər.

Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana $77 milyon 249,31 min dəyərində 72 min 596,05 ton AI-92 markalı avtomobil benzini idxal edilib. Beləliklə, 2019-cu ildə ölkəyə benzin idxalı miqdar ifadəsində 57,5%, dəyər ifadəsində – 31,1% artıb.

Həmçinin, 2019-cu ildə $2 milyon 620,16 min dəyərində 4 min 171,1 ton benzin Türkmənistandan, $74 milyon 629,15 min dəyərində 110 min 143,07 tоn benzin Rusiyadan idxal olunub.

2018-ci ildə AI-92 markalı benzin Rusiya və Böyük Britaniyadan idxal edilib. 2019-cu ildə Azərbaycan RF-dən benzin idxalını miqdar ifadəsində 2,8 dəfə, dəyər ifadəsində 2,3 dəfə artırıb.

2019-cu ilin ikinci yarısında respublikaya AI-92 markalı avtomobil benzininin idxalı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun bir ay müddətinə planlı təmirə dayandırılması ilə əlaqədar SOCAR-ın ehtiyatların yaradılması planları ilə şərtlənib. Zavodun təmirə dayandırıldığı 2019-cu il oktyabrın 4-dən noyabrın 4-dək burada AI-92 markalı benzin istehsal edilməyib.

Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzini 2019-cu il sentyabrın 1-dən 90 gün müddətində gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Bundan başqa, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və 92-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilib.

2018-ci ildə AI-92 markalı avtomobil benzini yalnız dördüncü rübdə idxal olunub. Bu dövrdə idxal BNEZ-də modernləşdirilmə və bərpa layihəsi çərçivəsində təmir işləri ilə əlaqədar olub.

BNEZ-də yalnız AI-92 markalı benzin istehsal edilir.

interfax.az

0

Your Cart