logo

Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi

Views: 343

X.B.Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Картинки по запросу “Heydər Əliyev” ordeni

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2020-ci il.

Caspian Barrel Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin (14 yanvar 1930-cu il) indiyə qədər təltif edildiyi mükafatları oxucularına bölüşür:

X.B. Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü, ”Azərbaycan Neft Təsərrüfatı” və ”Azərbaycanın geofizika yenilikləri” jurnalları, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüdür.

Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə X.B. Yusifzadə bir sıra yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüşdür:

  • 2000-ci ildə o, Müstəqil Azərbaycanın ”İstiqlal” ordeni,
  • 2004-cü ildə ”Əsrin müqaviləsi”nin 10 illiyi münasibətilə ”Şöhrət” ordeni
  • 2010-cu ildə ”Şərəf” ordeni
  • 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
  • 2017-ci ildə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur.
  • 2018-ci ildə Nizami Gəncəvi adına qızıl medal ilə təltif edilmişdir.
  • 2018-ci ildə Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib 
  • 2019-cu ildə UN Council for Public Awards (UNCOPA) təşkilatının “Avropa xidmət” ordeni ilə təltif edilmişdir 
  • 2019-cu ildə Heydər Əliyev mükafatı ilə təltif edilib
  • 2020-ci ildə Heydər Əliyev ordeni ilə təltif edilib

X.B. Yusifzadə keçmiş SSRİ-nin iki ”Qırmızı Əmək Bayrağı” ordeni (1963-cü və 1976-cı illərdə), ”Şərəf Nişanı” ordeni (1971-ci ildə), bir sıra medallar və fəxri fərmanlarla təltif edilmiş, ona ”SSRİ-nin Fəxri neftçisi” (1971-ci ildə), ”Yer təkinin Fəxri kəşfiyyatçısı” (1985-ci ildə), ”Azərbaycan SSR-nin Əməkdar Mühəndisi” (1964-cü ildə), ”Azərbaycanın Əməkdar Mühəndisi” (2005-ci ildə) fəxri adları verilmişdir. Görkəmli alim iki dəfə Azərbaycan SSR-nin Dövlət mükafatına (1982-ci və 1991-ci illərdə) layiq görülmüşdür.

Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində görkəmli xidmətlərinə görə 2010-cu ildə akademik X.B. Yusifzadə SOCAR-ın bir qrup mütəxəssisi ilə birlikdə YUNESKO-nun xüsusi medalı ilə təltif olunmuş, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilmişdir.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə türk dünyasının elmi, təhsili və iqtisadiyyatı sahəsində böyük xidmətlərinə görə X.B. Yusifzadə 2008-ci ildə bu akademiyanın beynəlxalq ”Qızıl Ulduz Medalı” ilə təltif edilmiş, ”İlin alimi” elan olunmuş, 2011-ci ildə isə ”Türk Dünyasının Fəxri Alimi” adına layiq görülmüşdür.

0

Your Cart